Paytaxtda gündüz saatlarda yağış yağacaq

Samir Soltanov/AZADİNFORM. Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 15-19, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.

8.11.2018 11:38 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo