160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək Fotolar

Samir Soltanov/AZADİNFORM. Bakıda 160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib. 10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

8.11.2018 11:00 / Baxılıb: 59 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo