Türkiyə vətəndaşından marixuana götürülüb Gömrükdə

Samir Soltanov/AZADİNFORM. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. 

Faktla bağla araşdırma aparılır.

8.11.2018 10:41 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo