Rafael Ağayev qələbə ilə başladı - Dünya çempionatına

Adəm Abbaslı/AZADİNFORM. İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasından Azadinform-a verilən məlumata görə, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.

8.11.2018 09:50 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo