Bakı sakini evində yanaraq öldü

AZADİNFORM. Bakıda 4 otaqlı ev yanıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

8.11.2018 09:10 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo