"Qəbələ" II mərhələnin ilk oyununda məğlub olub

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirib.

Azadinform xəbər verir ki, Emin İmaməliyevin baş məşqçi olduğu komanda Qəbələ şəhər stadionunda Almaniyanın "Herta" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bu cütün qalibi 1/16 finalda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektivdən biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, cavab qarşılaşması noyabrın 28-də Berlində keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 

7.11.2018 19:45 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo