12 ildən sonra komadan ayılıb

AZADİNFORM. Çin sakini 12 ildən sonra komadan ayılıb. 

Azadinform Azərtac-a istinadən xəbər verir ki, onun anası bütün bu illər ərzində oğlunun yastığı başında keşik çəkib. 

Van Şubao 2006-cı ildə avtomobil qəzası nəticəsində iflic olub və koma vəziyyətinə düşüb. Həmin vaxt onun 36, anasının isə 63 yaşı vardı. Anası Vey Minyin oğlunu evə gətirib, ona quluq edib, bütün pullarını müalicəyə xərcləyib və borca düşüb. Hətta yeməyə pul tapmadığı üçün bir ay yalnız su ilə qidalanıb. Onun səyləri səmərəsiz qalmayıb. Bir müddət öncə Van Şubao gözlərini açıb və gülümsəyib. O, hələ hərəkət edə və danışa bilməsə də, qadın ümidini itirmir.

7.11.2018 19:00 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo