Bələdiyyələrin statusu haqqında Qanunda dəyişikliklər edilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib. 

Azadinform xəbər verir ki, dəyişiklikdə bildirilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 15-ci bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: 

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 7, maddə 405; 2001, 11, maddələr 689, 690, 12, maddə 736; 2002, 5, maddə 242; 2003, 1, maddələr 11, 16, 6, maddə 256; 2004, 1, maddə 10, 4, maddə 202, 5, maddə 314, 6, maddə 397; 2005, 2, maddə 62; 2006, 2, maddə 67, 11, maddə 923, 12, maddə 1005; 2007, 11, maddələr 1053, 1082; 2008, 5, maddə 354; 2009, 6, maddə 410; 2010, 3, maddə 173, 4, maddələr 275, 276; 2011, 2, maddə 71, 12, maddə 1074; 2012, 6, maddə 523; 2014, 8, maddə 956, 11, maddə 1376; 2015, 2, maddələr 77, 88, 5, maddə 485; 2017, 1, maddə 3, 5, maddə 707; 2018, 1, maddə 28) 40-cı maddəsinin 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “bələdiyyə əmlakının icarəyə” sözləri “icarəyə və istifadəyə” sözləri ilə əvəz edilsin;

2. “torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən açıq məkanda reklama görə daxil olan ödənişlər” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş” sözləri ilə əvəz edilsin.

7.11.2018 18:21 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo