Azay Quliyev Ankaraya səfərə edəcək

Samir Soltanov/AZADİNFORM. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabrda Türkiyənin Ankara şəhərində səfərdə olacaq. 

Azadinform xəbər verir ki, səfər çərçivəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanacaq. 

Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisi, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Türkiyə Dərnəklər Dairəsi, Vəqflər Baş İdarəsi, Xaricdə yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığında görüşlər keçirməsi nəzərdə tutulur. 

Qeyd edək ki, nümayəndə heyətinə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədli daxildir. 

7.11.2018 18:05 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo