Şəhid vərəsələri sığorta ödənişlərini Əmanət Bankından alıblar

Ləman Hüseynzadə / AZADİNFORM. "Müraciət edən vərəsələrin çoxu o zaman əmanət bankından pulu almadığını bildirirlər. O vaxtkı qanunvericiliyə uyğun olaraq bütün ödənişlər edilib”.

Azadinform xəbər verir ki, bunu Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib.

O bildirib ki, 1992-ci ildə kompüter yox idi, ona görə də sənədlər əllə yazılırdı: "Sonralar əllə yazılan və möhürlü olan bütün jurnallar yığılıb. Orada olan məlumatlar toplanıb və kompüterdə yazılaraq sistemə daxil edilib. Rayon filiallarında imzayla pul alınmayıb. Bunun üstündən 25 il keçib, bu böyük rəqəmdir. Kadr dəyişiklikləri də olub. Şəhid vərəsələri sığorta ödənişlərini Əmanət Bankında alıblar. Əmanət Bankında vərəsələr üçün əmanət hesabı açılıb. Bununla bağlı sənədlər də var. Bəzi vətəndaşlar isə pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində də bununla bağlı müvafiq sənədlər saxlanılır”.

7.11.2018 16:27 / Baxılıb: 311 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo