Hərbi qulluqçuların 146 vərəsəsinə birdəfəlik ödənişlər edilib Nazir müavini

Ləman Hüseynzadə / AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezident Administrasiyası və digər aidiyyəti orqanlar qarşısında etiraz edərək vaxtilə sığorta ödənişini almadıqlarını və onlara təqdim edilən sübutların saxta olduğunu bildirən şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı mətbuat konfransı keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə çıxış edən nazir müavini İdris İsayev şəhid ailələrinin sosial mənafeyinin yüksəldilməsinin həmişə prioritet məsələlərdən biri olduğunu deyib: “Cari ilin 9 oktyabr tarixindən 300-dən artıq şəhid hərbi qulluqçuları ilə bağlı sənəd qəbul olunub. 2 noyabrda isə 114 hərbi qulluqçunun 146 vərəsəsinə ödənişlər edilib. Bu il sözügedən vərəsələrin yarısına, növbəti ildə də digər yarısına verilməsi nəzərdə tutulub”. 

O bildirib ki, bu proses davamlı xarakter daşıyır: “Burda əsas məqsəd şəffaflığın təmin edilməsi idi. Bunun üçün də elektron sistem tətbiq edilib. Ancaq müraciətlər arasında şikayətlər də var. Biz də aidiyyəti orqanlardan şikayətlərlə bağlı sənədləri əldə etməyə çalışmışıq. Müvafiq sənədləri əldə etmişik. Məlum olub ki, 80 müraciət üzrə ödəniş olunub. Lakin onlar yenə də ödənişi almadıqlarını iddia edir. Daxil olan müraciətlərdə anlaşılmazlıqlar da mövcuddur. Onlar diqqətsizlik səbəbindən bizə şikayət edərək ödənişi ala bilmədiklərini bildiriblər”.

7.11.2018 16:00 / Baxılıb: 459 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo