Cari ilin 6 ayı ərzində artıq ödəmə 2,4 milyard manat olub Palata sədri

Samir Soltanov/AZADİNFORM. “Büdcənin vergi gəlirlərinin tərkibində əlavə dəyər vergisi ilə bağlı bildirim ki, bu vergi növünün ÜDM-ə nisbəti növbəti il üçün 5,0% nəzərdə tutulub və müqayisə üçün deyim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlərdə orta göstərici 7%-ə yaxındır”. 

Azadinform xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü büdcə müzakirələrində çıxışı zamanı bildirib. Palata sədri qeyd edib ki, növbəti il üçün proqnozlaşdırılmış ƏDV məbləğinin 44,0%-i Vergilər Nazirliyinin, 56,0%-i Gömrük Komitəsinin xətti ilə təmin ediləcək: “2019-cu il üçün nəzərdə tutulmuş artım məbləğinin Komitə tərəfindən təmin edilməsi ölkədaxili dövriyyələrin tam bəyan olunmaması şəraitində Vergilər Nazirliyi xətti ilə büdcə gəlirləri üzrə artıqödəmə məbləğində artım olmasına təsir göstərəcək. Eyni zamanda, cari ilik 6 ay ərzində artıq ödəmə ilin əvvəli ilə müqayisədə 3,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% azalmasına baxmayaraq 2,4 mlrd. manat təşkil edir. Vergi daxilolmalarının effektinin və nəzərdə tutulmuş dəyişikliklərin təsirinin qiymətləndirilməsi ilk növbədə artıq ödəmə məbləğlərinin ləğvini tələb edir”.

7.11.2018 15:56 / Baxılıb: 236 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo