15 iyul və media kitabı təqdim olunub

Aygün Nəbiyeva /AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “15 iyul və media” kitabının təqdimatı keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə Türkiyə səfirliyinin nümayəndələri, media, müəllim və tələbə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitab barədə qısa məlumat verib: “Kitabda qonşu ölkənin müasir siyasi tarixində geniş əks-səda doğurmuş hadisə olan “15 iyul” hərbi çevriliş cəhdinin Türkiyə və Azərbaycan mətbuatı, onlayn və sosial mediası, ümumilikdə KİV-ində işıqlandırılması və həmin materialların təhlilindən bəhs olunur”.

Daha sonra çıxış edən kitabın müəllifi Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağa bildirib ki, bu gün jurnalistika sahəsindəki elmi tədqiqatlar çərçivəni aşmalıdır. “Qarşılıqlı tədqiqat, həm də daha müfəssəl olsun deyə burada yalnız Azərbaycan mediası deyil, eyni zamanda Türkiyə mediasının hadisəyə baxış bucağı işıqlandırıldı. Jurnalist hərtərəfli tədqiqat aparsın deyə rəsmi dövlət qəzetləri, bundan əlavə digər müstəqil qəzetlər, “525-ci qəzet”, “Şərq” qəzeti, “Kaspi” qəzetinin materialları, radio və televiziyada bu haqda gedən süjetlər tətbiq olundu. Düzdür hələ də köhnə mövzular dərindən işlənməyib, deyiləsi sözlər çoxdur. Amma bir az bundan baş ayırıb yeni hadisələrə də baxmaq lazımdır. Və bununla sübut edilməlidir ki, jurnalistika böyük toplumdur”.

Tədbir müzakirələrlə davam edib.

7.11.2018 14:00 / Baxılıb: 331 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo