Onlayn mediaya 1 milyon manat ayrılsın MŞ sədrindən təklif

"Onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edirəm". 

Məlumata görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib. O qeyd edib: "Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edir, böhtan atırlar”. 

Ə. Amaşov vurğulayıb ki, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu, büdcə üçün elə də böyük rəqəm deyil”. (trend)

7.11.2018 13:34 / Baxılıb: 645 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo