AÇG və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci il noyabrın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb. 

Azadinform xəbər verir ki, AÇG üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 136 782 mln. ABŞ dolları təşkil edib. Bu ilin əvvəlindən noyabrın 1-dək AÇG yatağından 8 296 milyon dollar gəlir əldə olunub. 

"Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 181 milyon dollar olub. "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 milyon dollar təşkil edib.

7.11.2018 11:22 / Baxılıb: 270 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo