İzmir körfəzindəki görüntü qorxuya səbəb oldu

Aygün Nəbiyeva / AZADİNFORM. Türkiyə İzmirin Karşıyaka bölgəsində səhər saatlarında dənizə baxan vətəndaşlar gördükləri mənzərə qarşısında şok olub.

Azadinform Türkiyə KİV-nə istinadən xəbər verir ki, körfəzin üzərindəki yaşıl rəngli yosunlar vətəndaşları həyəcanlandırıb. Bələdiyyə işçiləri dənizin təmizlənməsi üçün işlərə başlayıb və bunun “yosun partlaması” olduğunu bildiriblər.

Mütəxəssislərin məlumatlarına görə, dənizin bu rəngdə olması suyun kifayət qədər soyumaması səbəbindən qida zəncirinin ən alt təbəqəsində yerləşən canlıların çoxaldığı ilə əlaqələndiriblər. 

Qeyd edək ki, onlar bu vəziyyətin insan sağlamlığı üçün heç bir təhlükəsi olmadığını bildiriblər.

7.11.2018 11:00 / Baxılıb: 400 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo