Sağlam və qüsursuz uşaq dünyaya gətirmək üçün... Həkim məsləhəti

Aygün Nəbiyeva / AZADİNFORM. Hamı övladını sağlam, yaraşıqlı və ağıllı görmək istəyir. Heç bir ana istəməz ki, dünyaya gətirdiyi övlad qüsurlu yaxud xəstə olsun. Bu proses analardan asılı olduğu qədər həkimlərdən də asılıdır.

Təəssüflər olsun ki, son zamanlarda qüsurlu doğulan uşaqların sayı artmaqdadır. Bunu bəzən ananın sağlam qidalanmaması, bəzənsə həkim səhlənkarlığı ilə əlaqələndirirlər.


Bəs dünyaya sağlam övlad gətirmək üçün nələrə diqqət etmək lazımdır?

 

Bu barədə Azadinform-un suallarını cavablandıran həkim mama-ginekoloq Gülnar Ağayeva bildirib ki, sağlam uşağın dünyaya gəlməsi üçün bir çox məsələni qeyd etmək olar: “Birinci, əgər evlilik qohum evliliyidirsə, mütləq analizlər verilməli, onlarda uyğunluq var, ya yox araşdırmaq lazımdır. Çünki onlarda – yaxın qohumlarda genetik olaraq uyğunluq olur ki, bu zaman da uşaq qüsurlu doğulur və ya ana bətnində qalmır, 3-5 ayında tələf olur. Buna görə də qohum evliliyində bu tip analizlərdən keçmək vacibdir. Bəzi genetik qüsurlar var ki, ancaq mayalanma prosesində bölünmə zamanı genlərin düzgün yerləşməməsi nəticəsində yaranır. Bunun üçün, hamiləlikdən 3 ay qabaq mütləq fol turşusu qəbul etməli, balıq yağı içməlidir. Bundan başqa, D vitaminini yoxlamalı, aşağıdırsa onu nəzarətdə saxlamalı və dərmanlar qəbul etmək lazımdır. Ən əsası düzgün qidalanmalı, stressdən uzaq olmaq lazımdır”.

Ginekoloqun fikrincə, hamiləlik zamanı həkim mütləq valideynlərin bütün irsi xəstəliklərini yoxlamalı, qohum evliliyini və gələcəkdə uşaqda hansısa xəstəliyin olub-olmama şansını araşdırmalıdır. Ona görə də ginekoloqlar onları bəzi lazımı müayinələrdən keçirməlidir.

7.11.2018 09:40 / Baxılıb: 595 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo