Çempionlar Liqası 4-cü turun NƏTİCƏLƏRİ

Adəm Abbaslı/

AZADİNFORM. UEFA Çempionlar Liqasının 4-ci turunun növbəti oyunları keçirilib.

Azadinform xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyada oynanılıb. “Napoli” doğma meydanda PSG klubunu qəbul edib. Fransızlar birinci hissəsinin sonuncu dəqiqəsində Juan Bernatin sayəsində hesabda önə keçsə də, qarşılaşmanın 63-cü dəqiqəsində qapılarında qol görüblər. Lorenso İnsinya fərqlənib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

C qrupunun digər oyununda sensasiya qeydə alınıb. Turnirin son finalçısı “Liverpul” səfərdə “Crevena Zvezda”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər maraq doğuran oyunu "İnter" və "Barselona" klubları arasında baş tutub. Bu oyunda hesab 83-cü dəqiqədə açılıb. Meydançaya yenicə daxil olmuş Malkom fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri matçın 88-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Mauro İkardi adını tabloya yazdırıb.

A, B, C, D qruplarında aşağıdakı nəticələr qeydə alınıb:


A qrupu

"Atletiko Madrid" (İspaniya) -"Borussiya Dortmund" (Almaniya) -2:0

"Monako"-"Brügge" - 0:4


B qrupu

"Tottenhem" (İngiltərə) - PSV (Nideland) - 2:1

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1


C qrupu

"Crevena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə) - 2:0

"Napoli" (İtaliya) - PSG (Fransa) - 1:1


D qrupu

"Porto" (Portuqaliya) - "Lokomotiv" (Rusiya) - 4:1

"Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0.

Qeyd edək ki, dördüncü tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

7.11.2018 09:00 / Baxılıb: 390 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo