İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın "Empoli" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, komanda 54 yaşlı mütəxəssis Cüzeppe Yakiniyə həvalə olunub. O, bu postda Aurelio Andreaççolini əvəzləyib. İtaliyalı baş məşqçi ilə imzalanan müqavilənin şərtləri bəlli deyil. 

Qeyd edək ki, Cüzeppe Yakini son olaraq 2017-2018 mövsümündə ölkəsinin "Sassuolo" klubuna rəhbərlik edib. "Empoli" A Seriyasında 11 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.

6.11.2018 23:21 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo