V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransının bağlanış mərasimi keçirilib.

Azadinform xəbər verir ki, əvvəlcə plenar iclasda konfransın iştirakçısı olan ölkələrdən məruzəçilər çıxış ediblər.

Bundan sonra Bakı Teatr Konfransının icraçı katibi Şaiq Səfərov bütün təşkilatçılara təşəkkürünü bildirərək konfransı bağlı elan edib. O, beynəlxalq təşkilatlara, həmçinin iştirakçılara tədbirə verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, konfransda dünyanın tanınmış rejissor və prodüserləri, teatr xadimləri və aparıcı teatrşünasları XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Qloballaşan dünyada, internet məkanında teatr özünü necə yaşatmalıdır, hansı yenilikləri etməlidir kimi suallara bu konfransda cavab axtarılacaq. Konfransın açılışı ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin "facebook" səhifəsindən canlı yayımlanıb.

6.11.2018 19:28 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo