İnter Barselona ilə matçın biletlərinin satışından 5,8 milyon avro qazanacaq

Samir Soltanov/AZADİNFORM. UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda “İnter” klubu “Barselona” ilə matçın biletlərinin satışından İtaliya futbolu üçün rekord məbləğdə - 5,8 milyon avro gəlir götürəcək. 

Azadinform xəbər verir ki, noyabrın 6-da “Cüzeppe Meazza” stadionunda keçiriləcək matça 73,5 min azarkeşin baxması gözlənilir. 

İtaliya futbolunda bilet satışından əldə olunan 5,2 milyon avro məbləğində əvvəlki rekord UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün yarımfinalında “Roma”-“Liverpul” (4:2) oyununda qeydə alınmışdı. Bundan başqa, “İnter”in İtaliya çempionatında doğma meydanda “Yuventus”a (2:3) qarşı keçirdiyi oyunda da bilet satışından eyni məbləğdə gəlir əldə edilmişdi. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində üç turdan sonra “Barselona” 9 xalla B qrupunda liderlik edir. “İnter”in aktivində 6, “PESV Eyndhoven”in və “Tottenhem”in 1 xalı var.

6.11.2018 17:55 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo