Bakı sakini avtomobili ilə piyadanı vurub

Samir Soltanov/AZADİNFORM. Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Biləcəri qəsəbə sakini vurulub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, noyabrın 5-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb. 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

6.11.2018 16:56 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo