Azərbaycanın işğal olunmuş torpaqlarında ABŞ-ın baza yaratmaq istəyi inandırıcı görsənmir

Ləman Hüseynzadə / AZADİNFORM. “Belə bir fikir ABŞ prezidentinin müşaviri Boltonun regiona səfərindən sonra üzə çıxıb”. 

Bu fikri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyevlə axşam” verilişində Xəzər Əməkdaşlığı İnstitutunun Baş direktoru Sergey Mixeyevin Azərbaycanın işğal edilmiş ərazilərində İrana təzyiq üçün ABŞ bazalarının yaradılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bazaların Azərbaycanın işğal olunmuş torpaqlarında yaranması istəyinə inanmır: “Çünki hazırda ABŞ-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyədədir, partnyorluq münasibətlərimiz inkişafdadır, mikrolayihələr həyata keçirilir. Ağ Ev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu bir reallıqdır və bunun müqabilində Azərbaycanın işğal olunmuş torpaqlarında hansısa bir baza yaratmaq inandırıcı görsənmir. Ola bilsin ki, bu, Rusiyanın bir sıra ekspert, politoloqlarının şəxsi düşüncələridir və onların indiki Amerika-Rusiya qarşıdurma kontekstində olan münasibəti faktiki olaraq əks etdirir. Həmçinin bu, belə bir məsələnin daha da ciddiləşdirilməsinə gətirib çıxarmaq istəyidir. Bir sözlə, ABŞ-ın işğal altında olan Azərbaycan ərazilərindən İrana qarşı istifadə etməsi barədə səsləndirilən fikirlərə inanmıram, bu, Azərbaycan-ABŞ kontekstində mümkün deyil”.

6.11.2018 16:20 / Baxılıb: 301 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo