X turun rəmzi komandası

Samir Soltanov/AZADİNFORM. Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası müəyyənləşib. 

Azadinform PFL-in rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada son ölkə çempionu “Qarabağ”dan 6, “Qəbələ”dən 3, “Neftçi”dən 2 futbolçu yer alıb. 

“Neftçi”dən Mirabdulla Abbasov beşinci, “Qəbələ”dən Sabian Lilay və “Qarabağ”dan Abbas Hüseynov üçüncü dəfə həftənin komandasına seçiliblər. “Qəbələ”dən Stiven Monroz, Təmkin Xəlilzadə, “Neftçi”dən Tural Axundov, “Qarabağ”dan isə Rahil Məmmədov, Simeon Slavçev və Con Delarj ikinci dəfə rəmzi komandanın “11-liy”də yer alıblar. 

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson və müdafiəçi Bədavi Hüseynov ilk dəfə rəmzi komandada qərarlaşıblar.

6.11.2018 14:55 / Baxılıb: 293 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo