Göygöl və Sabirabadda mal-qara oğruları saxlanılıb

Samir Soltanov/AZADINFORM/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabulaq kəndinin otlaq sahəsindən kənd sakini E.Qurbanova məxsus 7 baş inəyi oğurlamağa cəhd göstərmiş, 6 rayon sakininə məxsus ümumilikdə 8 rəst atı və 8 baş inəyi oğurlamaqda şübhəli bilinən Toğana kənd sakini, əvvəllər məhkum olunmuş Nicat Heydərzadə və Göygöl şəhər sakini Eldəniz İsrafilov saxlanılıblar. 

Polis əməkdaşları tərəfindən onların digər analoji əməllərinin də üstü açılıb. Belə ki, onların cari ilin avqust və oktyabr aylarında rayonun Çaykənd və Quşçu kəndlərinin 5 sakininin ümumilikdə 13 baş inəyini otlaq sahələrindən oğurladıqları da müəyyən edilib. 

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini R.Məmmədlinin həyətyanı sahəsindən 8 baş qoyun oğurlamaqda şübhəli bilinən Şıxsalahlı kənd sakini Rövşən Fərəcov və Bakı şəhər sakini Amil Fərəcov saxlanılıblar. 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

5.11.2018 18:45 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo