Maldiv adalarında dünyanın ilk sualtı oteli fəaliyyətə başlayıb

Aygün Nəbiyeva / AZADİNFORM. Maldiv adalarında dünyanın ilk sualtı oteli fəaliyyətə başlayıb.

Azadinform xəbər verir ki, otel 15 milyon dollara başa gəlib.

Yerli memar Əhməd Səlim tərəfindən layihələndirilən otel 5 metr suyun altında yerləşir. 5 ulduzlu otel təzyiqə davamlı şüşədən inşa edilib. Oteldə masaj, restoran və idman salonu xidmətləri var. Bir gecə oteldə qalmaq üçün 50 min dollar ödəmək lazımdır.

Qeyd edək ki, otel sahildən uzaqda yerləşir. Müştərilər otelə su motosikli və ya dəniz təyyarəsi ilə gedə bilirlər.

5.11.2018 17:50 / Baxılıb: 312 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo