Bu türbədə 5 vaxt namazının qılınması qadağan edilib

Samir Soltanov/AZADİNFORM. Hindistanın Arxeoloji Araşdırmalar Təşkilatı Tac Mahal türbəsində 5 vaxt namazının qılınmasını qadağan edib. 

Azadinform xəbər verir ki, təşkilat rəsmiləri məsciddə dəstnamaz almaq üçün istifadə edilən su çəlləyini də möhürləyiblər. 

Tac Mahal İntizam Komitəsinin sədri Seyid İbrahim Hüseyn məsələ ilə bağlı bildirib ki, Tac Mahalda uzun illərdir insanlar namaz qılır: “Bunu əngəlləmək üçün ortalıqda hər hansı bir səbəb yoxdur. Buna görə də, Arxeoloji Araşdırmalar Təşkilatını məhkəmə verəcəyik”.

Arxeoloji Araşdırmalar Təşkilatının arxeoloqu Vasant Svarankar bildirib ki, qadağa barədə Ali Məhkəmənin qərarı var: “Buna görə də məbəddə sadəcə yerli xalq cümə namazını qıla biləcək”.

Xatırladaq ki, Hindistan Ali Məhkəməsi iyulda Tac Mahalda şəhərdən kənardan gələn müsəlmanların cümə namazı qılmasını qadağan edən qərar qəbul etmişdi. 

5.11.2018 12:45 / Baxılıb: 560 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo