Aya ilk ayaq basan astronavtın şəxsi əşyaları hərraca çıxarılıb

Aygün Nəbiyeva  / AZADİNFORM. 20 iyul 1969-cu ildə aya ayaq basan ilk astronavt Nil Armstronqun şəxsi əşyaları hərraca çıxarılıb.

Azadinform “Hürriyət”ə istinadən xəbər verir ki, Armstronqun şəxsi əşyaları 7.4 milyon dollara satıldığı bildirildi. Hərracda ən baha satılan əşya 468 min 500 dollar qiymətinə satılan astronavtın Apollo 11 ay modulu “Eagle”ın  şəxsiyyət sənədi olub. Bu barədə Mərkəzi Dallasda yerləşən Heritage Auksion Evindən məlumat verilib.

Qeyd edək ki, Armstronqun 1996-cı ildə xidmət edərkən geyindiyi uçuş paltarı isə 109 min 375 dollara satılıb.

5.11.2018 11:25 / Baxılıb: 514 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo