Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib

Qusar şəhərində intihar hadisəsi baş verib.

Məlumata görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.

M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib. (report)

4.11.2018 11:57 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo