Mustafa bəy Vəkilovun vəfatından 53 il keçir

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa bəy Vəkilovun vəfatından 53 il keçir. 

Azadinform xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mustafa bəy Vəkilov haqqında məqalə yenidən redaktə olunaraq və təkmilləşdirilərək oxucuların istifadəsinə verilib. 

Məqalədə Mustafa bəy Vəkilovun həyat və fəaliyyəti barədə ətraflı məlumat əksini tapıb. Qeyd edilib ki, 1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Cümhuriyyətin daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M.Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar cəlb etməyə çalışıb. M.Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat edib və orada dəfn olunub. Bu məqalə "Vikipediya” könüllülərinin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Cümhuriyyətin 100 illiyinə dəyərli töhfəsidir. 
Məqalə ilə daha ətraflı bu linkdə tanış olmaq mümkündür.

https://az.wikipedia.org/wiki/Mustafa_b%C9%99y_V%C9%99kilov?fbclid=IwAR2uEOX-N9agZ0ySBPijY6kCRCFltVnyNVBrFZY5vdzNMc_9CLW7JtZlpGI

3.11.2018 13:40 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo