Bel ağrısı ilə xəstəxanaya getdi Böyrəyindən oldu

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Florida əyalətində yaşayan 53 yaşlı Maurin Paçeko (Maureen Pacheco) adlı xanım avtomobil qəzasına düşdükdən sonra uzun müddət bel ağrılarından əziyyət çəkib. 

Azadinform xəbər verir ki, xəstəxanaya müraciət edən xanım alt bel sümüyündən əməliyyat olunacaqdı. Əməliyyat zamanı həkim qeyri-adi vəziyyətlə rastlaşıb. Həkim çanaq sümükləri arasında şiş olduğunu gördükdə həmkarlarından məsləhət almadan şişi götürməyə qərar verib. Bildirilir ki, əməliyyat sırasında həkim çox böyük bir səhvə yol verib. O xəstənin sağlam böyrəyini götürüb. 

M. Paçeko narkozdan oyandıqdan sonra ona sağlam böyrəyinin götürüldüyünü bildiriblər. Məhkəməyə müraciət edən Paçeko 500 min dollar təzminat almağı bacarıb. Paçeko həkim səhvi üzündən tək böyrəklə yaşamağa davam edəcək.

2.11.2018 13:35 / Baxılıb: 455 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo