Budda heykəlinin içindən keşiş mumiyası çıxdı

Aygün Nəbiyeva/AZADİNFORM. 22 il əvvəl Çindən oğurlanan Budda heykəlindən 1000 yaşlı keşiş mumiyası çıxıb. Oğurlanan heykəl əvvəlcə Honq-Konqa, ordan da Hollandiyaya aparılıb.

Azadinform xəbər verir ki, heykəl Yançun kəndindən oğurlanıb və kənd Hollandiya hökumətindən şikayət edib. Rəsmi olaraq heykəli tələb edən kəndlilər kolleksioner Oskar van Overimi ittiham ediblər. Oskar van dünən Amsterdama gedərək ifadə verib. O heykəlin özündə olmadığını, onu başqa bir kolleksiyaçı ilə dəyişdiyini bildirib. Məhkəmə isə 12 dekabrda məsələ ilə bağlı qərar verəcək.

Qeyd edək ki, “Zhanggong alimi” adlı heykəl, Budapeştdəki muzeylərin birində sərgiyə çıxarılıb. Çinli kəndlilər heykəli tanıyıblar və geri qaytarılması üçün rəsmi prosesə başlayıblar. 2015-ci ildə heykəl incələnmiş və içində buddaçı bir rahibin olduğu üzə çıxmışdı.

2.11.2018 12:35 / Baxılıb: 433 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo