430 milyon dollarlıq ən hündür abidə Birlik

Aygün Nəbiyeva/AZADİNFORM. Hindistanın Qucarat ştatında “Birlik” heykəlinin açılışı olub.

Azadinform xəbər verir ki, ABŞ-dakı “Azadlıq” heykəlindən (93 metr) təxminən 2 dəfə hündürdür olan abidənin hündürlüyü 182 metrdir. Hindistanın yerləşir. Açılış mərasimi NDTV telekanalı vasitəsilə yayımlanıb.

Abidə üzərində heykəltəraşlar tərəfindən Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin davamçılarından biri olan Vallabxai Patelin obrazı əbədiləşdirilib.

Heykəlin hazırlanmasına 5 il əvvəl - 2013-cü il oktyabrın 31-də başlanılıb. 

Rəsmi məlumatlara görə, layihənin icrasında 250 mühəndis və 3400 işçi çalışıb. Abidə ümumilikdə 430 milyon dollara başa gəlib.

31.10.2018 12:26 / Baxılıb: 312 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo