Əfsanəvi Titanik gəmisi geri dönür

Aygün Nəbiyeva/AZADİNFORM. 1912-ci ildə batan əfsanəvi “Titanik” gəmisinin əslinə uyğun olaraq yenidən inşa ediləcəyi fikrindən sonra “Titanik 2”-nin 2022-ci ildə ilk səfərinə çıxacağı açıqlanıb. Azadinform “Hürriyət”ə istinadən xəbər verir ki, bu fikir ilk dəfə 2012-ci ildə Avtaliyalı iş adamı və siyasətçi Clive Palmer tərəfindən irəli sürülüb. Lakin layihə maliyyə problemləri səbəbi ilə dayandırılıb.

Yeni “Titanik”in səfərə çıxacağı barədə C.Palmerin sahib olduğu “Blue Star Line” şirkəti məlumat yayıb. Məlumata görə, Çində inşa ediləcək 269 metr uzunluğundakı, 10 qatlı gəmi 21-ci əsr texnologiyaları ilə qurulacaq.

Şirkətin açıqladığı informasiyaya görə, 2435 nəfərlik gəmi, “Titanik”də olduğu kimi İngiltərənin Southampton limanı ilə Nyu-York arasında səfər edəcək. Ancaq “Titanik 2” dünyanı da gəzəcək.

500 milyon dollara başa gələcək gəminin ilk səfərini Dubaydan Nyu-Yorka edəcəyi gözlənilir.

29.10.2018 17:57 / Baxılıb: 450 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo