Göygöldə mebel sexi yanıb

Göygöl rayonunda mebel sexində yanğın baş verib.

Məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, yol kənarında yerləşən mebel sexlərinin birində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə yanaşı, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən də 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200 kvadratmetr sahəsi olan mebel sexinin dam örtüyü və içərisindəki bir çox əşyalar tamamilə yanıb. Yaxınlıqda yerləşən mebel mağazası isə yanğından mühafizə edilib. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

23.10.2018 22:36 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo