Türkiyə polisi Camal Qaşıqçının qətli ilə bağlı bir mülkdə axtarış aparıb

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı araşdırma çərçivəsində bir mülkdə axtarış aparıb.

Azadinform “Sabah”a istinadən xəbər verir ki, Mərmərə dənizinin sahilində yerləşən Yalova şəhəri yaxınlığındakı Termal yaşayış məntəqəsində üçmərtəbəli villanın jurnalistin qətlə yetirilməsində şübhəli bilinən səudiyyəlilərdən birinə məxsus olduğu ehtimal edilir. 

Qəzet həmçinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun attaşesi Əhməd Abdulla əl-Muzəininin qətlin təşkilatçısı olduğunu da yazıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

Xatırladaq ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

23.10.2018 21:09 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo