WhatsApp istifadəçiləri sifət və barmaq izinə görə tanıyacaq

Populyar “WhatsApp” messencerinin komandası tezliklə sifət və barmaq izlərinə görə istifadəçilərin autentifikasiya edilməsi imkanını proqrama əlavə edəcək. Bu haqda “WABetaInfo” resursu məlumat verib.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, söhbət “WhatsApp” messencerinin “iOS” üçün versiyasından gedir. “iPhone” istifadəçiləri “Touch ID” və ya “Face ID” texnologiyası üzrə messencerə giriş edə biləcəklər.

“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib. “Face ID” texnologiyasını dəstəkləyən smartfonda “WhatsApp” proqramının sazlamasında “Touch ID” və ya “Face ID” üçün yeni seçim yaranır.

23.10.2018 19:43 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo