Rusiya neft hasilatını artırır

"Rusiyada bu ay ərzində gündəlik neft hasilatı OPEC+ razılaşması çərçivəsində hasilatın azalmasının hesablandığı 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 150 min barel artıb".

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, bu ilin may ayına nisbətən gündəlik neft hasilatının artımı 450 min barelə çatdırıla bilər: "Bu ilin sonunadək Rusiya gündəlik hasilatı 1,2 milyon barelə çatdırmaq niyyətində deyil. Belə ki, bu, ölkənin sosial iqtisadi inkişaf planına uyğun deyil".

23.10.2018 19:28 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo