Prezident Anlaşma Memorandumunu təsdiq edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib. 

Azadinform xəbər verir ki, qərarda bildirilir: 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

23.10.2018 18:08 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo