Temperatur 10 dərəcə düşəcək, qar yağacaq Xəbərdarlıq

Samir Soltanov/AZADİNFORM. Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadnform-a verilən məlumata görə ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

23.10.2018 16:25 / Baxılıb: 580 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo