Bu iqtisadi layihə özü ilə böyük siyasi güc gətirir Musa Qasımlı

Şəfa Tapdıq/AZADİNFORM. “Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi “Star” neft emalı zavodu iqtisadi layihə olmaq çərçivəsindən kənara çıxır”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, bu zavod Türkiyədə ilk özəl sənaye bölgəsi elan edilib: “Layihə həm ölkəmizə, həm də Türkiyəyə böyük fayda verəcək, bu dövlətin asılılığını azaldacaq”. 

Millət vəkili qeyd edib ki, zavodun işə başlaması Azərbaycana böyük gəlir gətirəcək: “Hər iki tərəf böyük fayda götürəcək. Bu iqtisadi layihə özü ilə böyük siyasi güc gətirir. Zavod Azərbaycanın və Türkiyənin gücünü artıran layihədir. İndiki şəraitdə Azərbaycan bu layihədə iştirak etməklə xaricə kapital ixrac edən, sərmayə qoyan ölkəyə çevrilir. Bu isə ölkəmizin gücünün göstəricilərindən biridir”.

23.10.2018 15:20 / Baxılıb: 407 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo