Ərdoğan Star NEZ-lə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Samir Soltanov/AZADİNFORM. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Star” neft emalı zavodunun (NEZ) tikintisi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. 

Azadinform xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdə keçirilən iclasında danışan Ərdoğan qeyd edib: “Mən qardaşıma, Azərbaycan Prezidenti İlham Əliyevə oktyabrın 19-da açılışı olmuş "Star" neft emalı zavodunun tikintisinə görə minnətdaram. "Star" NEZ Türkiyə üçün vacib layihədir. Bu, Türkiyədə çox mühüm enerji layihələrindən biridir. Belə ki, "Star" zavodu ölkənin neft məhsullarına tələbatının 25 faizini təmin edəcək”.

23.10.2018 15:05 / Baxılıb: 610 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo