İcazəsiz balıq ovlayan şəxslər saxlanıldı - Lənkəranda

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhər akvatoriyasında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Lənkəran rayon sakinləri Rüfət Kərimov və Niyaz Əskərov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində 440 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

23.10.2018 14:31 / Baxılıb: 396 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo