78 nəfər insan alveri qurbanına yardım göstərilib

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 78 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 21 nəfər potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) da müvafiq yardımlarla təmin edilib.

Bildirilir ki, mərkəz tərəfindən ümumilikdə 99 nəfərin yenidən normal həyata qaytarılması, sosial reabilitasiyası istiqamətində işlər aparılmaqla, bir çoxuna ehtiyacları nəzərə alınmaqla, eyni vaxtda bir neçə növdə yardımlar edilib. Onlardan 13 nəfərin nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 19 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmalarına, 14 nəfərin sosial sığınacağa yerləşdirilməsinə köməklik edilib. 43 nəfərə hüquqi, 36 nəfərə tibbi, 49 nəfərə isə psixoloji yardımların göstərilməsi təmin edilib. 

Qeyd edilir ki, insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarından artıq bir çoxunun reinteqrasiyası mümkün olub, digərləri ilə işlər davam etdirilir.

23.10.2018 14:23 / Baxılıb: 310 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo