Corc Sorosa qarşı bombalı sui-qəsd edilib

Samir Soltanov/AZADİNFORM. Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal Corc Sorosa qarşı bombalı sui-qəsd edilib. 

Azadinform xəbər verir ki, iş adamının Nyu-Yorkdakı evinin poçt qutusunda partlayıcı maddə tapılıb. Bildirilir ki, Soros evdə olmadığı saatda evə içərisi partlayıcı maddə olan paket çatıb. Evdə çalışanlardan biri poçt qutusundakı paketi nəzərdən keçirib. Paketin içində partlayıcı maddə olduğunu anlayan evin çalışanı paketi meşəlik əraziyə aparıb. Daha sonra da polisə zəng vurub. Baş verən hadisənin terror olub-olmadığını aydınlaşdırmaq üçün iş Federal Təhqiqatlar Bürosuna (FBI) tapşırılıb.

Qeyd edək ki, Corc Sorosun “siyasi fəaliyyət” göstərdiyi də iddia edilir. Belə ki, bir sıra qurumların və ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırılır. C.Sorosun “siyasi fəaliyyəti” hətta bir sıra çoxseriyalı bədii televiziya filmlərinə də sıçrayıb. Belə ki, Türkiyənin “Kurdlar Vadisi” serialında C.Sorosun Asiya ölkələrində reallaşdırmağa çalışdığı planlardan da bəhs edilir.

23.10.2018 12:45 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo