YPG/PKK Suriyada konstitusiya komissiyasında yer ala bilməz

Samir Soltanov/AZADİNFORM. “Türkiyə ilə ABŞ arasında münasibətlər Brunson məsələsinə görə gərginləşməmişdi”. 

Azadinform xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN rəhbəri qeyd edib ki, iki ölkə arasında gərginliyin yaranmasına səbəb ABŞ-ın YPG/PKK terror təşkilatına verdiyi dəstək və FETÖ tərəfdə mövqe tutması oldu: “Türkiyədə hərbi çevrilişə cəhd edən terror təşkilatının ABŞ-da fəaliyyət göstərməsi qəbul edilməzdir. ABŞ bu mövzuda addım atmalıdır. FETÖ ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBI) sadəcə bir dəfə araşdırma aparıb. FBI-dan və ABŞ Dövlət Departamentindən bir heyət Ankaraya gəldi və biz bütün sənədləri onlarla paylaşdıq”.

M. Cavuşoğlu qeyd edib ki, Rusiya da YPG-nin terror təşkilatı olduğunu görür: “YPG/PKK Suriyada qurulacaq konstitusiya komissiyasında yer ala bilməz: “Buna icazə vermərik”.

23.10.2018 12:22 / Baxılıb: 313 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo