Nəcməddin Sadıkov Tel-Əvivə səfər edib

Samir Soltanov/AZADİNFORM. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə bu gün Tel-Əviv şəhərinə yola düşüb. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

23.10.2018 11:56 / Baxılıb: 290 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo