Energetiklər ağac əkdi - Aksiyadan FOTOLAR

Adəm Abbaslı/AZADİNFORM. “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin strukturuna daxil olan müəssisə və təşkilatların kollektivi 20 oktyabr “Energetiklər Günü” münasibəti ilə birgə aksiyalar həyata keçiriblər.

Azadinform-un məlumatına görə, əvvəlcə ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.

Sonra energetiklər Şəhidlər Xiyabanına gəliblər. Burada Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramlarını bildirərək, “Əbədi məşəl”in önünə əklil qoyublar.

Daha sonra enerji təsərrüfatının mövcud vəziyyəti nəzərə alınaraq, yeni ənənənin formalaşdırılması istiqamətində “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin rəhbər şəxslərinin və kollektiv üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

“Şimal” elektrik stansiyasında baş tutan həmin mərasimdə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də iştirak edib. Eyni məzmunlu aksiya “Sumqayıt” ES, “Cənub” ES və “Azərbaycan” İES-də də reallaşdırılıb.

Bildirilib ki, gələcəkdə hər bir müəssisədə “Energetiklər parkı”nın salınması nəzərdə tutulub.

23.10.2018 11:47 / Baxılıb: 611 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo