Kanada Səudiyyə Ərəbistanı ilə imzalanan 15 milyard dollarlıq razılaşmanı ləğv edə bilər

Samir Soltanov/AZADİNFORM. Kanada “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsindən sonra Səudiyyə Ərəbistanı ilə imzaladığı hərbi razılaşmanı ləğv edə bilər”. 

Azadinform xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trudo (Justin Trudeau) bildirib. Baş nazir qeyd edib ki, Kanada Qaşıqçı cinayətinin həlli istiqamətində müttəfiqləri ilə ortaq işləyir.

Qeyd edək ki, Kanada və Səudiyyə Ərəbistanı arasında imzalanan hərbi razılaşmanın dəyəri 15 milyard dollardan artıqdır. 

23.10.2018 11:26 / Baxılıb: 399 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo