Neft yenidən ucuzlaşdı

Samir Soltanov/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. 

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar ucuzlaşaraq 79,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 69,17 dollar olub.

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşaraq 80,54 dollar təşkil edib. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

23.10.2018 11:05 / Baxılıb: 311 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo